Təsərrüfat sahibləri bağdan üzümü yığıb yol kənarında satış edirlər.
Xezerxeber.az-ın məlumatına görə, qiymətlər üzümün növünə və görkəminə görə dəyişir.
Təsərrüfat sahibləri üzümün topdan satışını kiloqramını 80-90 qəpikdən, səyyar satışda isə 1-1.50 manatdan təklif edirlər.
Bu satış qiymətləri də təsərrüfat sahiblərini qane etmir. Əksər üzüm bağı sahibləri məhsullarını alverçilərə satırlar.
Hazırda satış məntəqələrində süfrə üzümləri satılır. Texniki növ üzümlər yetişdikdə qiymətlərin ucuzlaşması gözlənilir.
Ətraflı süjetdə:
Üzüm satanlar indiki qiymətlərdən NARAZIDIRLAR
Üzüm satanlar indiki qiymətlərdən NARAZIDIRLAR