AZ

FMG şirkəti şəhid və qazi ailələrinin övladlarına məktəb ləvazimatları hədiyyə edib

 

(®) "Facility Management Group" (FMG) şirkətinin kollektivi yeni tədris ili münasibətilə birinci sinfə gedən bir qrup Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları və ailələri ilə görüşüb. 30-dan artıq şagirdə məktəbli çantası və məktəb ləvazimatları təqdim olunub. Bundan əlavə uşaqlar “Zefir Mall” alış-veriş və əyləncə mərkəzində xoş vaxt keçiriblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid və qazilərin övladları onlara təqdim olunan hədiyyələri, oyuncaq və məktəb ləvazimatlarını maraqla qarşılayıblar.

Qeyd edək ki, Facility Management Group şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət tədbirləri içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutur.

Xatırladaq ki, Facility Management Group əmlak bazarında yeddi ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən ölkənin aparıcı şirkətlərindən biridir.

https://www.facebook.com/fmg.azerbaijan/

https://www.instagram.com/fmg.az/

https://www.linkedin.com/company/fmgazerbaijan

 

Facility Management Group FMGvətən müharibəsi şəhidlər qazilər şagird məktəb ləvazimatları Zefir Mall ofis yaşayış binaları biznes ticarət mərkəzləri daşınmaz əmlak
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
23
marja.az

10Mənbələr