Demokrat.az xəbər verir ki, tədqiqat “The New England Journal of Medicine” (NEJM) elmi nəşrində dərc olunub.
Aşkar edilmiş patogenə bataqlıq virusu və ya “WELV” adı verilib. Virus ilk dəfə Çinin şimalındakı Daxili Monqolustanda parkı ziyarət edərkən gənə dişləyərək xəstəxanaya yerləşdirilən 61 yaşlı kişidə aşkar edilib.
Xəstədə hərarət, baş ağrısı və qusma müşahidə olunub. Antibiotiklər simptomları aradan qaldırmayıb, bu da infeksiyanın bakteriyalardan qaynaqlanmadığını göstərir. Kişinin qanında DNT və RNT analizi heç vaxt görülməmiş orthonairovirus aşkar edib. Orthonairoviruslara gənələr tərəfindən ötürülən bir sıra patogenlər daxildir.
Onların arasında Krım-Konqo hemorragik qızdırması virusu da var. Bu virus parazit dişləmələri və ya yoluxmuş insanların bədən mayeləri ilə təmas yolu ilə insanlara ötürülə bilən nadir və ölümcül xəstəlikdir.
“WELV” virusu əvvəllər nə heyvanlarda, nə də insanlarda müşahidə edilməyib. Xəstənin qanında onun aşkarlanmasından sonra tədqiqatçılar 14 600-ə yaxın gənə toplayıb və onları analiz üçün yer və tiplərinə görə qruplaşdırıblar. Onların təxminən 2%-i “WELV” genetik materialının daşıyıcısı olub.
Beş növ gənə virusu ötürməyə qadirdir, lakin ən çox “WELV” daşıyıcıları “Haemaphysalis concinna2 (ixodid gənə növlərindən biri) olub. “WELV”, həmçinin tədqiqatçıların tədqiq etdiyi qoyunların, atların və donuzların kiçik bir hissəsində, həmçinin Mançuriya zokor növünün bir neçə gəmiricisində (Myospalax psilurus) aşkar edilib.
“WELV” infeksiyası olan xəstələrdə qızdırma, başgicəllənmə, baş ağrısı, halsızlıq və bel ağrısı, həmçinin ürəkbulanma, qusma və ishal kimi ümumi simptomlar müşahidə olunur. Laboratoriya testlərinin nəticələri bir çox xəstədə toxuma zədələnməsi və qan laxtalanması əlamətlərini göstərib.
10Mənbələr
-
azpolitika.infoRusiya yeni virusla bağlı Çinə sorğu göndərib ( 10721616)
-
nocomment.azRusiya yeni virusla bağlı Çinə sorğu GÖNDƏRDİ ( 10720173)
-
sfera.azRusiya yeni virusla bağlı Çinə sorğu GÖNDƏRDİ ( 10720053)
-
reyting.azTəhlükəli virusa yoluxanların sayı 16 minə yaxınlaşır - Bir gündə 463 nəfər xəstəxanaya yerləşdirilib ( 10719960)
-
news24.azRusiya yeni virusla bağlı Çinə sorğu göndərib ( 10719012)
-
demokrat.azYeni öldürücü virus növü yayıldı: Bu dəfə gənə.... ( 10719003)
-
far.azRusiya yeni virusla bağlı Çinə sorğu göndərib ( 10718358)
-
musavat.comDurov sevgilisi ilə Parisdə gəzərkən görüntüləndi ( 10716766)
-
news24.azHazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir? - AÇIQLAMA ( 10699438)
-
referans.azHazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir? ( 10697674)