AZ

Yunanıstandan tarixi etiraf: “Hər şeyi Türkiyənin qorxusundan etdik”

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə yaşanan problemlərə görə ölkəsinin silahlı qüvvələrinin çəkindirici gücünü artırmaq üçün etdikləri investisiyaların əhəmiyyətli bir hissəsinə ehtiyac duyduqlarını bildirib.

Publika.az xəbər verir ki, bu barədə o, 88-ci Beynəlxalq Saloniki Sərgisi çərçivəsində təşkil edilən mətbuat konfransında danışıb.

Junalistlərin suallarını cavablandıran Mitsotakis Türkiyə ilə bağlı bunları deyib: “Türkiyə ilə normallaşma prosesinin çətinliklərinin fərqindəyik, lakin vəziyyəti birmənalı şəkildə qiymətləndiririk, realist yanaşma və müsbət inkişaflara diqqət yetiririk".

Mitsotakis Türkiyənin "Mavi Vətən"lə bağlı fikirlərinin dəyişmədiyinin fərqində olduğunu ifadə edərək, Egey və Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası sahələrinin müəyyən edilməsində əsas çətinliyin bu vəziyyət olduğunu müdafiə edib.

"Əgər yaxın bir neçə onillikdə Türkiyə ilə problemlərimizi həll edəcəyimizi düşünsəydik, silahlı qüvvələrimizin çəkindirici gücünü artırmaq üçün etdiyimiz investisiyaların əhəmiyyətli bir hissəsinə ehtiyacımız olmayacaqdı", - o qeyd edib.

Seçilən
124
50
publika.az

10Mənbələr