Rusiyada regional seçkilər sürprizlərsiz keçmir.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"O qədər ki, hətta Vahid Rusiya Partiyası (hakim partiya - red.) daxilində də bəzi yerlərdə rəqabət başladı", - deyə qeyd olunub.
Tək səsvermə günü 89 regiondan 83-də baş tutub.
Nəşr yazır ki, Kremlin himayə etdiyi namizədlər qubernator seçkilərində qalib gəlib və hökumətin 3 keçmiş üzvü qanunverici orqana düşə bilib.