AZ

Ağdaşda toyda Qobustan sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı


Ağdaş rayonu ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin xəsarətlər alması, daha sonra həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Senzor.az-a Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, araşdırma zamanı 1970-ci il təvəllüdlü Qadir Məmmədovun aralarında yaranmış mübahisə zamanı İlkin İskəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qadir Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

 

**09:14

 

Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

**21:30 (08.09.2024)


Ağdaşa toya dəvət alan Qobustan sakininin qətlə yetirilməsinin təfərrüatları məlum olub.

 

Senzor.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan KİV-in sorğusuna cavab olaraq bildirilib ki, Qobustanın Nərimankənd sakini 28 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. İlkin məlumata görə, İ.İsgəndərli ilə toya dəvət alan digər şəxs və ya şəxslər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

**11:04


Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
42
senzor.az

10Mənbələr