“Tottenhem” “Qarabağ”a qarşı keçirəcəyi Avropa Liqasının I tur matçına ciddi itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumatı yayıb.
Bildirilib ki, Kristian Romero cəzalı olduğu üçün sözügedən qarşılaşmada meydana çıxmayacaq.
Vitse-kapitan 2022/2023 mövsümündə “Milan”la bərabərə qaldıqları (0:0) Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə ikinci sarı vərəqə alaraq meydandan qovulmuşdu.
“Tottenhem” 2023/2024 mövsümündə avrokuboklarda yer almadığından argentinalı futbolçusu cəzasını bu mövsümdə çəkməli olacaq.
Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq “Tottenhem” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.