AZ

Pomidor kimlər üçün təhlükəlidir? – Açıqlama

“Kəskin mərhələdə mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar, eləcə də podaqra xəstələri pomidor yeməyi dayandırmalıdırlar”

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu diyetoloq Qalina Volkova deyib.

O izah edib ki, pomidorda mədə yanması və mədə ağrısı yarada bilən limon və alma turşuları var. “Onlar həmçinin mədə-bağırsaq traktının hərəkətliliyini artıracaq, bu da xəstəliyin kəskinləşməsi zamanı xəstənin vəziyyətini ağırlaşdıracaq”, – deyə o bildirib.

Volkovanın qeyd etdiyi kimi, sidik turşusunun ifrazını gecikdirdiyinə görə, sizdə podaqra xəstəliyiniz varsa, pomidor yeməkdən çəkinməlisiniz. Həkim xatırladıb ki, podaqra orqanizmdə sidik turşusunun yığılması ilə bağlıdır.

Seçilən
129
8
medianews.az

9Mənbələr