AZ

Ermənistanın Auditorlar Palatasının sədri: Belə davam edərsə, 25 ilə ölkədə əhali qalmayacaq

Qarşıdakı 10 ildə Ermənistanda əhalinin ümumi sayı 800 min nəfər azalaraq, 2,2 milyon nəfərə düşəcək.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan bildirib.

O deyib ki, vəziyyət belə davam edərsə, 25 ilə ölkədə əhali qalmayacaq. Palata sədrinin sözlərinə görə, yaranmış vəziyyətin əsas səbəbləri doğum faizinin aşağı düşməsi, ölkədən kütləvi insan axını, eləcə də müharibənin nəticələridir.

N.Sarkisyan Ukraynada müharibə başladıqdan sonra ölkədən Rusiyaya gedənlərin sayında azalma olduğunu qeyd edib: “Hazırda əhali ABŞ-yə köçmək imkanı verən “Green Card” üçün müraciətə üstünlük verir”.

Palatanın rəhbəri ölkədə 1 milyon 150 min nəfərin sosial müdafiəyə ehtiyacı olduğunu da bildirib. Onların arasında 204 min nəfər işsiz, eləcə də 960 min nəfər pensiyaçı var:

“Ölkədə mövcud olan əkinə yararlı torpaq ehtiyatının 60, su ehtiyatının isə 70 faizi istifadəsiz qalıb. Son siyahıyaalınmaya əsasən, ölkədə daimi yaşayan əhalinin sayı 2 milyon 928 min 914 nəfərdir. Onlardan 2 milyon 638 min 917 nəfəri daimi əsaslarla yaşamaqdadır”.

Qeyd edək ki, BMT 2050-ci ilədək adı çəkilən ölkədə əhali sayının 300 min nəfərədək azalacağını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
37
apa.az

10Mənbələr