AZ

İstilik effekti yaradan qazların emissiyasında pay sahibi olan kifayət qədər KOB fəaliyyət göstərir - Nazir

Bakı. Trend:

Hazırda ölkəmizdə bizneslərin təxminən 99 faizini KOBsubyektləri təşkil edir.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusundakeçirilən konfransda deyib.

Nazir bildirib ki, "yaşıl artım"ın və "yaşıl iqtisadiyyat"akeçidin təmin edilməsi böyük ölçüdə KOB-ların "yaşıltransformasiya"sından keçir.

“İstilik effekti yaradan qazların emissiyasında daha çox paysahibi olan tikinti, daşıma, sənaye, energetika, kənd təsərrüfatıkimi sektorlarda kifayət qədər KOB fəaliyyət göstərir. KOB-larenerji və xammal baxımından səmərəli texnologiya və təcrübələrintətbiqinə önəm verməsi rəqabət qabiliyyətini daha da artırır.

Dünya təcrübəsi də göstərir ki, KOB-lar çox vaxt təmiztexnologiyalar və biznes modellərində daha qabaqcıl olurlar.KOB-ların çevikliyi onlara yeni tendensiyalara tez uyğunlaşmağa vəinnovasiyaları mənimsəməyə imkan verir. KOB-lar bazardakıdəyişikliklərə və istehlakçı seçimlərinə çevik reaksiya verə bilirki, bu da sürətlə trendə çevrilən yaşıl iqtisadiyyatda vacibamildir”, - deyə Mikayıl Cabbarov əlavə edib.

Nazir onu da əlavə edib ki, ənənəvi sənaye sahələrindənaslılığın azaldılmasında, “yaşıl həllər”in hazırlanmasında,iqtisadi diversifikasiyanın güclənməsində kiçik və ortasahibkarlığın xüsusi yeri var:

"KOB-ların yaşıl iqtisadiyyata töhfə verməsi üçün birinci olaraqenerji səmərəliliyinin təmin edilməsinin vacibliyi qeydedilməlidir. Enerjiyə qənaət edən texnologiyaların tətbiqi,bərpaolunan enerji mənbələrindən istifadə yolu ilə enerjisəmərəliliyinə nail olmaq mümkündür. İnsan resurslarının inkişafı,kadrların təkmilləşdirilməsi də əsas diqqət yetirilməliməqamlardandır.

Çünki innovasiyaları müasir bilik və bacarıqlara malik kadrlartətbiq edə bilər. Tullantıların idarə edilməsi də bu kontekstdəönəmlidir. Tullantıların təkrar emalı, tullantı miqdarınınazaldılması, ekoloji cəhətdən təmiz materiallardan istifadəedilməsi bu baxımdan önəm kəsb edir. Ekoloji cəhətdən təmiz məhsulvə xidmətlərin hazırlanması və istehsalı da qeyd edilməlidir.

Zəruri tələblərdən biri isə sosial məsuliyyətdir. Ekolojifaktorların biznes fəaliyyətində daim nəzərə alınması, sosiallayihələrdə iştirak etmək, bu sahədə təşəbbüslər göstərmək yenidövrün sahibkarının əsas iş prinsiplərindən olmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
13
az.trend.az

10Mənbələr