AZ

Bakı aeroportundan səyahətçilərə tövsiyə: Əlavə vaxt planlaşdırın

Bakı. Trend:

Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” iləəlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatınməhdudlaşdırılması, eləcə də ölkəmizə gələn qonaqların sayınınartması gözlənilir. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərəsəfərlərini bu halları nəzərə alaraq planlaşdırmağı və havalimanına rahat çatmaq üçün əlavə vaxt ayırmağı tövsiyə edir.

Sərnişinlərin səyahətlərini asanlaşdırmaq üçün aşağıdakıtövsiyələrə əməl etmələri məsləhət görülür:

  • Hava limanına erkən gəlmək: Bütüntəhlükəsizlik və qeydiyyat prosedurlarını rahatlıqla keçə bilmənizüçün uçuşdan ən azı 2 saat əvvəl hava limanında olun.
  • Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətiniminimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin.Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdimedir, bu imkandan yararlanaraq vaxtınıza qənaət edin.
  • Uçuş terminalını əvvəlcədən yoxlamaq:Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektronbiletinizdən və ya aviaşirkətin rəsmi veb-saytından əvvəlcədənöyrənin ki, qarışıqlıq olmasın.
  • “Aeroexpress” xidmətindən istifadə etmək: “28may” metro stansiyasından hava limanına və geri rahat və tıxacdankənar bir yol seçmək üçün Aeroexpress ictimai nəqliyyatındanistifadə edin.
  • Parklanma qaydalarına riayət etmək: Nəqliyyatvasitənizi yalnız hava limanında parklanma üçün ayrılmış rəsmiyerlərdə saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digəravtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yaradabilərsiniz. Sərnişinləri 5 dəqiqə ərzində düşürüb və ya götürməküçün xüsusi “drop-off” zonalarından istifadə edin.
  • Parklanma ödənişlərini onlayn etmək: Vaxtınızaqənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və yaTezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqlaonlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniştələb olunmur.
  • Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün:Əgər xüsusi qayğıya ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəlaviaşirkətə məlumat verin ki, hava limanında və təyyarədə sizəlazımi dəstək təmin edilsin.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütünxidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təminetmək üçün bu müddət ərzində gücləndirilmiş rejimdə fəaliyyətgöstərəcəkdir. Səyahətinizi vaxtında planlaşdıraraq rahatlığınızıtəmin edin!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
az.trend.az

10Mənbələr