AZ

“Trampla depata hazıram” – Harris


Demokratlar Partiyasından ən yüksək hökumət postuna namizəd olan ABŞ-nin vitse-prezidenti Kamala Harris rəqibi respublikaçı Donald Trampla teledebatlara hazır olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, sentyabrın 8-də jurnalistlərdən birinin müvafiq sualını cavablandıran Harris Trampla debata hazır olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl “The New York Times” qəzeti sentyabrın 10-da keçiriləcək debatdan əvvəl Siena Kollecinin tədqiqat institutu ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələrini təqdim edib. Sorğunun nəticələrinə görə, Harris və Tramp demək olar ki, eyni səviyyədə seçici dəstəyinə malikdir. Belə ki, Trampı respondentlərin 48%-i, Harrisi isə 47%-i dəstəkləyir.
Xatırladaq ki, iki prezidentliyə namizəd arasında debat sentyabrın 10-da ABC tərəfindən Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək. Tramp və Harrisdən mikrofonu söndürməklə rəqibinin çıxışının sonunu gözləmələri tələb olunacaq və cavab müddəti iki dəqiqə ilə məhdudlaşdırılacaq. Yalnız debatın moderatorları əvvəlcədən hazırlanmış qeydlərdən istifadə edərək sual verə biləcəklər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
31
yeniavaz.com

10Mənbələr