Yəməndə avtobus qəzaya uğrayıb.
Yeniazerbaycan.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Adendən Taiz şəhərinə doğru hərəkət edən avtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə ikisi uşaq olmaqla 16 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hadisəyə səbəb avtobusun əyləc sistemindəki nasazlıq göstərilir. Qəzanın baş verdiyi yolda ilin birinci yarısından indiyədək 114 qəza baş verib. Həmin hadisələrdə doqquz nəfər həlak olub.