Fins.az xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov sentyabrın 9-da Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Strateji Dialoq iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına səfər edib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Lavrovun Ər-Riyad hava limanında qarşılanma görüntülərini yayımlayıb.
KƏŞ 1981-ci il mayın 25-də iqtisadi əməkdaşlıq platforması kimi yaradılıb. Assosiasiyaya Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Oman daxildir və təşkilatın baş qərargahı Səudiyyə Ərəbistanında yerləşir.
Sentyabrın 9-da Lavrovun ikitərəfli görüşləri planlaşdırılıb. İyun ayında Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud BRİKS xarici işlər nazirlərinin görüşündə iştirak edib. İyul ayında isə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Kaira Agayeva
Fins.az