"Yaxın zamanlarda respublika üçün güclü və dağıdıcı zəlzələ proqnozlaşdırılmır".Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.O bildirib ki, hər hansı bir bölgədə maqnitudası 7 və ya daha yüksək olan, böyük fəsadlar və insan itkisinə səbəb ola biləcək zəlzələ gözlənilmir.Qeyd edək ki, sentyabrın 8-də Göygöl şəhərində 3.2 maqnitudalı zəlzələ olub.Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta