AZ

"COP29 çərçivəsindəki tədbirlər ölkəmizlə məhdudlaşmır" - Mikayıl Cabbarov

Azərbaycan COP29 çərçivəsində həyata keçirdiyi tədbirlər ölkəmizlə məhdudlaşmır.

"Unikal" xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Məqsədimiz bir sıra regional, hətta qlobal təşəbbüslər reallaşdırmaqdır. Azərbaycanda tətbiq edilən təcrübələrin, müəyyən mənada pilot layihələri ən azı regional tətbiqini qiymətləndirməliyik. Ölkəmiz COP prosesinə bir çox töhfələr verə bilər. Təbii olaraq bu prosesi təkbaşına həyata keçirməməliyik. İstənilən siyasətin və alətlərin geniş effektinə nail olmaq üçün onu beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirməliyik. Növbəti aylarda həyata keçiriləcək tədbirlər bu fəlsəfə əsasında olacaq", - deyə nazir qeyd edib.

O, əlavə edib ki, bununla bağlı İqtisadiyyat Nazirliyi bir sıra təşəbbüslər hazırlamaqdadır: "Onlardan biri regional fondlar təşəbbüsüdür ki, bunun da əsas hədəfi yaradıcı insanların rolunun artırılmasına yönəlib. Çünki "yaşıl startaplar" üzrə ixtisaslaşmış vencur kapital fondlarının maliyyələşməsini təmin edərkən biz həmin həllərin həm Azərbaycanda, həm də belə təşəbbüslə əhatə olunmuş digər dövlətlərdə tətbiqinə nail ola biləcəyik".

Seçilən
136
50
unikal.az

10Mənbələr