AZ

“WhatsApp”da yeni funksiya işə düşür

“WhatsApp” messenceri Android üçün beta versiyasında qrup zənglərini asanlaşdıran yeni funksiya təqdim edib, Banker.az bu barədə xarici mediaya istianadən xəbər verir. İstifadəçilər indi birbaşa qruplarda zəng linkləri yarada bilərlər, yeniləmə messencerin 2.24.19.14 versiyasında əlçatandır.

Funksiya xüsusilə qrup administratorları üçün əlverişli olacaq, çünki onlar artıq bütün üzvlərə bir-bir zəng etmək məcburiyyətində deyillər. Qrup üzvlərinin hər birinə zəng etmək üçün link yaratmaq kifayətdir. İştirakçılar sadəcə onun üzərinə klikləməklə zəngə qoşula biləcəklər.

“WABetaInfo” portalının məlumatına görə, bu funksiya hazırda yalnız Google Play Beta proqramı vasitəsilə yüklənə bilən Android tətbiqinin beta versiyasında mövcuddur. Lakin bu, WhatsApp-dan gələn yeganə yenilik deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
banker.az

10Mənbələr