Azərbaycan Mərkəzi Bankı (AMB) Bank of Baku ASC-nin bir vəzifəli şəxsini 1500 manat cərimə edib.
Moderator.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu məlum olub.
Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq bankın əməkdaşına qarşı tədbir görülüb.