Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən avtomobildə ağır xəsarət alan, ölkəmizdə və qardaş Türkiyədə əməliyyatlar keçirən, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bu gündən etibarən işə çıxıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Elxan Səmədov bu gün AFFA-nın inzibati binasını ziyarət edib.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.