AZ

“Bank VTB Azərbaycan"nın mənfəəti son illər ərzində ən kəskin səviyyəyə düşüb

2024-cü ilin yanvar-iyul aylarında "VTB Bank Azərbaycan"ın mənfəətinin həcmi 4 milyon 720 min manat təşkil edib. 

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % və ya 1 milyon 27 min manat azdır.

2023-cü ilin birinci yarısında bankın mənfəətinin həcmi 5 milyon 747 min manat olub. 

Belə ki, 2024-cü ildə bankın mənfəətinin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 5 milyon 888 min manat və ya 55,5 % azdır.

2023-cü ilin sonunda bankın mənfəətinin həcmi 10 milyon 608 min manat təşkil edib. 

"VTB Bank Azərbaycan" əvvəlki kimi qazana bilmir, son illər mənfəəti kəskin azalmaqda davam edir.

Bu ilin 6 ayında bankın əldə etdiyi mənfəətinin həcmini 2022-cü ilin 6 ayı ilə müqayisədə 23,9 % və ya 1 milyon 488 min manat azdır. 

2022-ci ildə bankın əldə etdiyi mənfəətin həcmi 6 milyon 208 min manat olub. 

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
valyuta.az

1Mənbələr