AZ

Trabzon limanı 1 milyon tondan çox yük qəbul edib

Bakı. Trend:

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Trabzon limanı 1milyon 203 min 298 ton yük qəbul edib.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Trabzon limanından Türkiyəbayrağı altında üzən 44 min 35 ton yük, digər ölkələrin bayraqlarıaltında üzən gəmilərlə isə 1 milyon 159 min 263 ton yükdaşınıb.

2024-cü ilin yanvar-iyul aylarında Trabzon limanından 10 tontranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Türkiyə limanları 32milyon 203 min 883 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyəbayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 578min 844 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 29 milyon 625 min 39 ton olub”, – deyənazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin iyul ayında Türkiyə limanlarından 6milyon 460 min 580 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyulaylarında Türkiyə limanları 236 milyon 289 min 828 ton yük qəbuledib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 17 milyon 455 min606 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 218 milyon 834 min 222 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-iyul aylarındaTürkiyə limanlarından 40 milyon 858 min 235 ton transit yükdaşınıb.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 662gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altındaqəbul edilən gəmilərin sayı 3 min 508, Türkiyə bayrağı altındaqəbul edilən gəmilərin sayı isə 2 min 154 olub.

2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 977gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 23 min 298, Türkiyəbayrağı altında olan gəmilər isə 11 min 679 olub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
10
az.trend.az

10Mənbələr