AZ

Xudatda azyaşlının döyülməsi ilə bağlı tibbi ekspertiza təyin edilib - YENİLƏNİB

Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İqtisadiyyat.az-a bildirilib ki, tibbi ekspertiza təyin edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***21:07

Xudat şəhərində azyaşlı döyülüb.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.

Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.

Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
194
7
iqtisadiyyat.az

10Mənbələr