AZ

Qarabağ Universitetində təqaüdlərlə təmin ediləcək tələbələrin qeydiyyatı 99% tamamlanıb - Emin Əmrullayev

Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq.

Fins.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq və tədris sentyabrın 23-dən etibarən başlayacaq. Bu təcrübənin Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacağı vurğulanıb.

Əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözlədiklərini qeyd edən E.Əmrullayev, artıq 99 faiz tələbənin qeydiyyatının tamamlandığını, imtina olmadığını bildirib.

"Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda bəzi özəl şirkətlər də tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsü göstəriblər".

Fuad Mədətov
Fins.az

phrase_var_article.chosen
52
50
fins.az

10phrase_var_article.sources