Ermənistanın Zəngəzur (Sünik) vilayətinin Ümumi yurisdiksiya məhkəməsi hakim Varsenik Melkonyanın sədrliyi ilə Gorus şəhərinin meri Aruş Aruşanyan barəsində seçilmiş cəzasının həbslə əvəzlənməsi ilə bağlı Probasiya Xidmətinin vəsatətini qismən təmin edib.
"Məhkum Aruş Aruşanyanın 5 il müddətinə yerli özünüidarəetmə vəzifəsi tutma hüququndan məhrum edilməsi cəzasını 1 il 8 ay 3 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib", - sədr qeyd edib.
Əvvəllər dəmir barmaqlıqlar arxasında keçirdiyi vaxtı nəzərə alsaq, Aruşanyan 1 il həbsdə qalmalı olacaq.
Məhkəmənin qərarından şikayət verilə bilər.