Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev cənabına.
Surəti :Azərbaycan Respublikasının Prezident Administrasiyasının Hüquq və Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənabına.
Surəti :Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov cənabına.
Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Məhkəmə - Hüquq Şurasının sədri İnam Kərimov cənabına.
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 3-cü Mədən ərazisi, fərdi evdə yaşayan, 230040771 nömrəli cinayət iş üzrə zərərçəkmiş Elcan Elgün oğlu Beybudovun qanuni nümayəndəsi Comərdov Elxas Səfi oğlu tərəfindən
MÜRACİƏT
Hörmətli Prezident Cənabları ! İlk öncə, hər bir Azərbaycanlının Prezidenti olduğunuza, məndə o hər bir Azərbaycanlıdan biri olduğuma görə, Sizdən dönə-dönə xahiş edirəm... Düz 1 il 2 aydı məni narahat edən suallarıma cavab tapa bilmirəm. Nədəndirsə, heç məni, Baş Prokurorun qəbuluna da yazmırlar, onlayn qəbula yazılmağa müraciət göndərirəm qeydiyyata almırlar, hətda Administrasiyanın Hüquq və Mühafizə Orqanları ilə iş şöbəsində video - qəbulda oldum, dedilər məktub yaz, sizi Baş Prokurorla görüşünə yazaq, məktub yazdım, teleqram göndərdim yenə xeyri olmadı. Deyirəm, yəqin onları da eşitmədilər. Kimdirsə bu işin arxasında duran, deyəsən "yekə" adamdı. Odur ki, lacım sizə qalıb. Odur ki, məni narahat edən sualı buradan birbaşa sizə ünvanlayıb, xahiş edirəm, bu sualıma cavab vermək üçün adın bu müraciətdə çəkdiyim məmurlara göstəriş verib, tapşırın. Sualıma ağlabatan bir cavab tapsınlar ; — Yuxarıda qeyd etdiyim cinayət işi ilə bağlı, özləri yazıb, pozub topladıqları istintaq materiallarına görə, həmin işin içində olan sübutlara əsaslansaq görərik ki, bu cinayət əməli yüzə-yüz ölümə cəhddir. Yəni, Azərbaycan Respublikası CM-nin 29 və eyni zamanda 120.2.4 maddəsi ilə cinayət işinin istintaqı aparılmalı idi. Lakin bizim savadlı, peşəkar istintaqçılarımız nəyinsə müqabilində, yoxsa kiminsə tapşırığı ilə elə istintaq aparıblar ki, özlərini də dolaşdırıblar, məni də.
Ha fikirləşirəm, bir yana çıxmıram, bir yandan şübhə, bir yandan da, şübhədən yaranan suallar məni boğur. Vətəndaş olaraq cavab tapa bilmədiyimdən sualımı Sizə ünvanlayıram. Toplanan sübutlarla törədilən əməlin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29 və eyni zamanda 120.2.4 maddəsi ilə təsdiq edilə biləcəyi halda, bizim istintaqçılar və prosessual rəhbərliyi həyata keçirənlər, bu cinayətdə təqsirləndirilən şəxsin əməlin, CM - nin 126.1 və sonradan 126.2.4 və 221.3 tövsif edərək, onun barəsində həbs qətimkan tədbiri seçməyib, "ev dustaqlığı" ilə əvəzlənməsini nə qədər pulun müqabilində etmək olar...? Mən, heç də böhtan atmıram. Ölkənin hüquq-mühafizə orqanlarının böyük səfərbərliyi sayəsində mühafizə olunan təqsirləndirilən şəxsin hüquqların müdafiə edən hörmətli vəkil, bunu, 29.11.2023 - il tarixli İş N 4 (001) - 1169/2023 saylı Qərarının 4 və 5 səhifədə Binəqədi Rayon Məhkəməsində keçirilən iclasında, guya bizim yazdığımız ərizələrdə qeyd etmişik ki, - " təqsirləndirilən tərəf bu iş üçün 80 000 (səksən min) manatdan yuxarı pul xərcləyib". Hələ mən, Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçrilən iclasda, hörmətli kollegiya üzvlərinin birinin, müstəntiqə - "bu azyaşlıdı ey, bunlar nə fikirləşir" - deyib, sual etməsinə, həmin vəkilin baş barmağını, şəhadət barmağına sürtərək müstəntiqə him-cim etməsini demirəm. Yəqin məhkəmənin video-müşahidə kamerarası onu yaddaşında saxlayar. Bunu bilmirəm. Amma, deyəsən bu onların çıxan xərclərinin ümumi məbləğinin həcmidi, vəkil bəlkə dolayısı ilə belə çatdırır, deyə bilmərəm, ancaq bilirəm ki, toplanan materiallardan üç qat çox şikayət ərizəmiz, müraciətimiz, etirazımız olub, heç bir yerdə belə bir cəfəngiyat işlətməmişik. İndi bu məsələ yadıma düşdü deyə, Sizə belə sual ünvanlayıb, xahiş etdim ki, göstəriş verin aydınlıq gətirsinlər. Məndə əl çəkim. Onsuzda demişəm, səsimin Sizə çatdırılması üçün bütün vasitələrdən istifadə edəcəm. Beynəlxalq təşkilatların nümayəndələrinə, keçiriləcək beynəlxalq tədbirlərin təşkilat komitəsinə, orada iştirak edəcək nümayəndələrə, jurnalistlərə, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, lap bu maddə ilə höküm oxunsa belə səsimi Sizə çatdıracam. Buna, bu gün mənə əngəl törədənlər də əmin olsun.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və sonradan həmin məcəllənin 126.2.4 və 221.3 maddəsinə tövsif edilmiş əmələ görə həbs qətimkan tədbiri əvəzinə təqsirləndirilən şəxs barədə, nə qədər məbləğin müqabilində "ev dustaqlığı" seçilə bilər...? Çıxarılan məhkəmə qərarları qeri-qanunidir. Çünki, Sizin 10. 02. 2017-ci il tarixli Sərəncamınıza istinad olunub, həmin maddələrlə ittiham olunan təqsirləndirilən şəxs "ev dustaqlığı"na buraxılıb. Ancaq həmin sərəncamın girişində yazılıb ki, - "az ağır, xüsusilə İqtisadi fəaliyyət sahəsində cinayətlər"... Çox istəyərdim ki, kiməsə, hansısa quruma yarınmaq üçün növbəyə durmuş hüquqşünaslardan tutmuş, özünə hörmət qoyan hüquqşünaslara qədər istənilən şəxs suallarıma aydınlıq gətirə bilər. Yazdığım müraciətlərə, ərizələrə cavab verməmək üçün səfərbər olan dövlət qrumlarının vətəndaş məktublarına cavabdeh şəxsləri, nə vaxta qədər məktublarımı gizlədəcəklər, tədbir görülməmiş saxlayacaqlar...? Bilirsiniz bunlar nəyə görə edilir Cənab Prezident...? Bəlkə də o o vəkil düz deyir, məndə yazıram, bunlar gizlədir, cavabsız saxlayır. Yəqin hər yazdığım dan divident götürürlər. Hörmətli Prezident Cənabları ! Alayarımçıq, tamamlanmamış, hüquq anlayışından başqa bütün eybəcərlikləri qorxmadan, çəkinmədən, qayda var, qanun var demədən, danışdığım cinayət işinə pərçim edib, guya hüquqa uyğunlaşdırmağa çalışdıqları bu cinayət işinin tamamlanmasın Ağır Cinayətlər Məhkəməsinə tapşırıblar.
Bu vaxta qədər sayca 5-ci olan məhkəmədə, bir məhkəmə qanunauyğun keçirildi. O da, təqsirləndirilən şəxsin hazırlıq iclasına başqa məhkəmədə prosesinin olması ilə iclasa qatıla bilməyən vəkilə görə, hazırlıq iclasının təxirə salınması idi. Bir dənə qanuni məhkəmə prosesi bu oldu. Bundan sonra təyin olunan bütün məhkəmələr birtərəfli, zərərçəkən tərəf kimi danışmaq istəyəndə, qarşı tərəfin yalanlarına, böhtanlarına cavab vermək istəyəndə, "zaldan çıxarılacağımızla" təhdid olunduq, "yerindən danışma" - deyərək susdurulduq. Hakim özüdə bizə böhtanlara, yalanlara cavab verməyə şərait yaratmadı, yəni söz hüququmuzu tanımadı. Yalnız bircə dəfə, təxirə salınmış hazırlıq iclasından çox əvvəl göndərdiyimiz, Azərbaycan Respublikası CPM-nin 303 - cü, həmin məcəllənin 306 - cı maddənin tələblərinə uyğun, - "Cinayət işinə xitam verilib Prokurorluğa qaytarılmasına" və "Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə" dair verdiyimiz vəsatətlərə, guya baxırmış kimi, - "sən bunun həbs olunması niyə istəyirsən" - sualına, qanuni nümayəndənin, - "O cinayət ən o, niyə tutulmalıdır ki? - sualla cavabın eşidib, -" hə, otur, otur"- dediyindən başqa bizə söz verilməyib. Amma, qarşı tərəfə söz veriləndən sonra, hörmətli vəkil öz ampluasında bir şou göstərdi gəl görəsən. Hakimdə dahi Sokratın hakimlər haqqında dediyi, - hakim səbrlə dinləməli..." tövsiyəsinə uyğun dinləyirdi. Qarşısında alayarımçıq olsada, kobud qanun pozuntuları ilə aparılsada, əməlin törədilməsini sübut edən ittiham aktında yazılanlara toxunub, ay bala bu belə deyil axı, burada belə yazılıbsa demədən, tamaşanın yekunlaşmasına gözlədi. İclas növbəti dəfəyə saxlanıldı.
Növbəti məhkəmənin vaxtın vəkillərin proses qrafikinə uyğun quracağlarına görə vaxt əvvəldən elan olunmamışdı. Növbəti məhkəmə günündən əvvəlki axşamı, yəni səhər saat 12-45 təyin olunan iclasın bildirişin onlayn, mesajla saat 18-00-dan sonra göndərdi, özüdə iclas zalının yerin dəyişdirməklə. İşlərimizi Əvvəlcədən planlaşdırmamağımızdan, zal axtardığımızdan, məhkəməyə 15 dəqiqə gecikdik. Zalın qapısın döydü, dedilər, iclas oldu, bir məsələyə baxdılar, təqsirləndirilən şəxsin polis nəzarətinə verilmə vaxtından 15 gün keçib, onu bərpa edib məhkəməni təxirə saldılar. Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilovun qəbuluna yazılanda öyrəndik ki, 11 ay ibtidai istintaq dövründə qanuni nümayəndə olmuş ananı, qanuni nümayəndəlikdən çıxarıblar, hadisədə adı şahid kimi keçən digər oğlunun qanunu nümayəndəsi kimi göstəriblər. Onda bildik ki, bu, CPM uyğun verilmiş vəsatətlərimizin baxılmamış saxlanması üçün bu edilib. Bunu, hakimdən başqa bir kimsə edə bilərdi...? Növbəti iclasda eşitdik ki, hadisəyə şahidləri yox, arada söz - söhbətə şahidlik edənləri iclasa şahid kimi çağırıblar. Məni də, söz-söhbətə şahid kimi şahidlər üçün gözləmə otağına göndərəndə, əsəbləşib hakimdən soruşdum. -Siz hansı prosessual hərəkətlər etdiniz ki, artıq şahid çağırırsınız...? Hakim sualıma duruxdu, üzün dövlət ittihamçısına tutub, - "Siz hələ çıxış etməmisiniz?" - deyib soruşdu. Bu sualı mən qapıdan çıxanda eşitdim. Dönüb arxaya baxdım. Bundan sonra dövlət ittihamçısı durub çıxış edib. Sonra söz təqsirləndirilən şəxsə verilib. Təqsirləndirilən şəxsdə (bu təbbidi) özünü müdafiə üçün zərərçəkənin arxasıyca o ki, var döşəyib. Çünki, həmin iclasa şahidlərin çağırılmasını bildi, mənim izahı dan sonra, - "əgər bura ədalət evidirsə, burada ədalətsizliyə yer verilirsə mən bu evə girmirəm" - deyib, iclasa qatılmaqdan imtina etmişdi. Təqsirləndirilən şəxsdə zərərçəkəni neçə dəfə polis tutduğunu deyəndə, qanuni nümayəndə ana, - "tutulsaydı, adı sistemdə olardı" - cavabına, təqsirləndirilənin, - "pul verib qurtarmısınız" - reaksiyasına, zərərçəkənin qanunu nümayəndəsi, - "pulnan iş görən sizsiniz" - deməyinə, hakim, - " yerdən danışmayın, indi zaldan çıxaracam haa" - deyib, zərərçəkənin olmadığına görə şahidlərin dindirilməsini məhkəmə qarışıq təxirə salıb.
İndi məni bir sual maraqlandırır. Niyə hakim qarşı tərəfin, - "pul verib qurtarmısınız reaksiya vermir, amma, zərərçəkənin nümayəndəsinə sonrada söz hüququn tanımadan, deyilənə cavabına belə əsəbləşir...? Hansı ki, hakimin qarşısında 3 müstəntiqin, 2 prosessual rəhbərliyi həyata keçirən prokurorluğun nəzarəti altında toplanan materiallarda, ölümə cəhd edilməni sübut edən dəlilləri vəsatətlərimlə açıb ortaya qoysam belə, həmin cinayət işində bir çox prosesual pozuntuları qeyd etsəm də, hakim bunları görməməzlikdən gəlir, amma, ciddi qanun pozuntuları ilə, qərəzli şəkildə aparılmış, yarımçıq, tamamlanmamış ibtidai istintaq materiallarını məhkəmə müstəvisində tamamlamaq istəyir...? Nəyin müqabilində, çox hörmətli cənab Prezident. Nəyin müqabilində...? Hələ məhkəmə qərarında yüngülləşdirici hallar üçün toplanan, gətirilən xasiyətnamələri, təltifləri kənara qoyub, 44 günlük Vətən Müharibəsində iştirakına dair arayış istəyir ki, - "mənə bunlar yox ey, 44 günlük müharibədə iştirakına dair arayış gətir" - deyir. Nədən...? Mən bilirəm onuda yazdırıb gətirə biləcək adamları var. Necə ki, xəstəxanada həkimə, tibbi ekspertiza həkiminə sol qolu altında, 8 - 9 - cu qabırğa arasında daxilə nüfuz etmiş iki bıçaq xəsarəti, bu gündə gözlə göründüyü halda, bıçaqı bir yazdırırlar, qarşında heç bıçaq cızığı olmadığı halda qarına nüfuz edən bıçaq xəsarətləri yazdırırlar. Çünki, hərbi hospitalda polkovnikləri var. İstəsələr, 1941 - 1945 - ci ilin də arayışın alıb gətirə bilərlər. İndi oturub fikirləşirəm, bunların hakim qarışıq nə qədər xərcləri çıxıb...? Vəkilə də söz verilmir ey, yenə nə isə deyə. Amma, hər şeyi etiraf edən şahidi özlərinə çəkəndən sonra o deyir, - "istəyiniz onsuzda nail ola bilməyəcəksiniz, mənim cibim doludu" - onsuzda, təqsirləndirilən şəxs isə, - " bu işi yatıracağıq" - deyib, hələ bizi təhdid edir. Hörmətli Prezident Cənabları ! Sualımı Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər bir Azərbaycanlının Prezidenti kimi Sizə ünvanlayıram. Cavabın adı bu müraciətdə qeyd edilən məmurlardan verə bilər. Cavab gözləyirəm... Bu gün, 10. 09. 2024-cü il tarixə, saat 09-40 təyin edilmiş məhkəmə, təqsirləndirilən şəxsin məhkəməyə gəlməməsi ilə yenə təxirə salındı. Hakimə etiraz edib, sual edib soruşuram ki, - " nədən, ötən dəfə, zərərçəkən iştirak etmədiyi məhkəmə iclasında məhkəmə iclası keçirib, təqsirləndirilən şəxsə söz verib, o da, müdafiəsi üçün öyrədilmiş yalanları danışdı, zərərçəkənin qanuni nümayəndəsi bu yalana etiraz edəndə, -" zaldan çıxaracağınızla təhdid edirdiniz, indi zərərçəkən burdadı, onuda dinləyin da" - deməyimə, toyuquna daş atdığım qonşu kimi, mənimlə acığlı danışıb, - "Ağsaqqal, sizin yazdıqlarınız müraciətlərin hamsına bir yerdə müzakirə edib cavab verəcəyik" - deyib, həyətinə gəlmiş adam kimi, məni, dövlət idarəsindən, - "gedə bilərsən" - deyib qovdu. Ancaq düşünmədi ki, mənim müraciətlərimə cavab vermək üçün təyinat və səlahiyyət azlıq edər... Hörmətli Prezident Cənabları ! Hakim qanuni nümayəndə kimi təsdiq edilməyib. Hörmətlə, zərərçəkənin özünün ərizəsi, qanuni nümayəndə olan ana notariat qaydada məni qanuni nümayəndə kimi təsdiq etdirsədə, baş prokurorun qəbuluna düşə bilmədiyim kimi, hələ də hakim tərəfindən qanuni nümayəndə kimi hüquqi təsdiqini tapmayan,
Elxas Comərdov.