AZ

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla delimitasiya üzrə komissiyanın reqlamentini nəzərdən keçirəcək

Ermənistan Konstitusiya Məhkəməsi (MK) sentyabrın 24-də Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməyə baxacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb. Məhkəmə bu sənədin konstitusiyaya uyğunluğunu yoxlamalıdır.

Ötən həftə Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnamənin ratifikasiyasını təsdiqləyib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə müzakirə ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
4
operativmedia.az

10Mənbələr