Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
"Unikal"ın məlumatına görə, sərəncamla birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 100 000 ( yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat, üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat ödəniləcək.
Yarışlarda mübarizə aparan idmançılarımızdan Lamiyə Vəliyeva 1 qızıl, 1 gümüş, Raman Saley isə 1 gümüş, 2 bürünc medal qazanıb.
Beləliklə, Lamiyə Vəliyeva qazandığı medallara görə 300 min, Raman Saley isə 200 min manat mükafat alacaq.
Anar Kəlbiyev