UEFA Millətlər Liqasının II turunda bu gün 9 oyun baş tutacaq.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, A, B, C, D liqalarında yer alan komandalar üz-üzə gələcəklər.
Maraqlı görüşlərdən biri A Liqasının 3-cü qrupunda Niderlandla Almaniya arasında baş tutacaq. Amsterdamdakı “Yohan Kroyff Arena”da keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
AVRO-2024-də iştirak etmiş Gürcüstan yığması səfərdə Albaniyanın qonağı olacaq.
UEFA Millətlər Liqası
II tur
10 sentyabr
A Liqası
22:45. Macarıstan – Bosniya və Herseqovina
22:45. Niderland – Almaniya
B Liqası
22:45. Albaniya – Gürcüstan
22:45. Çexiya – Ukrayna
22:45. İngiltərə – Finlandiya
22:45. İrlandiya – Yunanıstan
C Liqası
20:00. Latviya – Farer adaları
22:45. Şimali Makedoniya – Ermənistan
D Liqası
22:45. Andorra – Malta
Qeyd edək ki, C Liqasının I qrupunda yer alan Azərbaycan yığması ilk turda İsveçə 1:3, II turda isə Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.