AZ

Saxta avtomobil hissələri- bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

Image

Uzun illərdir ki, ölkənin əmtəə bazarında saxta, standartlara uygun olmayan avtomobil hissələrinin satıldığına dair məlumatlar, şıkayətlər gəlir. Hətta bu günlərdə istehlakçılar tərəfindən saxta avtomobil hissəsinin nümunəsi də təqdim edilib.

Hökumətin sahibkarlar üçün yaratdığı kifayət qədər rahat şəraitdən sui-istifadə edən  işbazlar  yalnız avtomobil hissələri deyil, digər növ saxta mal satanlar da özləri söyləyirlər ki, bu əsil maldır qiyməti bahadır, bu isə saxta maldır qiyməti ucuzdur. Bütün mal sektorlarında malların cox böyük əksəriyyətinin, ümumiyyətlə, heç bir mənşəə sənədləri satış şəbəkəsində olmur. Bu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  3 aprel 2014-cü il tarixli 94 saylı qərqrının  “Malların satılmasına dair” 5-ci bəndinin pozulmasıdır!

“Hundai” avtomobillərinin saxta hissələrinə dair araşdırma aparma aparılıb. Təsadüfi deyil ki, bu marka avtomobilləri istehsal edən  Çənubi Koreya şırkətinin mütəxəssisləri Azərbaycanda saxta  “Hundai” avtomobil hissələrinin satışından narahatlığını bıldırərək, bu işlərə nəzarət etməyə cavabdeh dövlət orqanlarınına 23 avqust 2023-cü ildə, saxta hissələri tanımaq və əmtəə bazarında satışını məhdudlaşdırmaq məqsədilə treyninqlər də keciriblər. Lakin vəziyyət bununla da düzəlməyib. Saxta avtomobil hissələri əmtəə bazarına daxil olmaqla avtomobil istehlakçılarının həyatında acnapcaqlı nəticələrə səbəb olur. Buna baxmayaraq heç bir dövlət qurumu tərəfindən məsələ ya araşdırılmıe, ya da araşdırılır, nəticələr gizli saxlanılanılır

 Paradoksal haldır ki,”Hundai” avtomobillərini və hissələrini uzun illərdir satan eksklüziv distribütoru, yəni hissələri satmağa müstəsna hüququ olan “Avto Azərbaycan” MMC şirkəti bazarda baş verən bu xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe nümayiş etdirir. Bu da başqa bir sual doğurur. Araşdırmalar göstərir ki, “Avto Azərbaycan”MMC-ni “Hundai” markali avtomobil hissələri ilə təmin edən Koreyanın “MOBİS” şırkəti hələ 2018-ci ildə əmtəə nişanını Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyata aldırıb.

Rəsmi qeydiyyata alınmış əmtəə nişanı ilə ölkəyə saxta avtomobil hissələrinin idxal olunmasına nə ad vermək olar? Gömrük orqanları hara baxır, onda Əqli Müülkiyyət Agentliyi nəyə lazımdır, nə ücün əlaqəli işləmirlər?

Araşdırma nəticəsində məlum olub ki, aşağıda adları çəkilən “Hundai“ avtomobil hissələrinin saxta variantları mövcuddur:

1. Əyləc qəlibləri; 2. Yanacaq filterləri; 3.Yağ filteri; 4.Hava filterləri; 5. Mühərrik qayışı; 6. Hidravlik tarımlayıcı; 7. Sükan lenti; 8.yağ karteri; 9. Yağ nasosu; 10.Salniklər; 11 Porşenlər; 12.Val; 13.Vanus(valın boyunluğu); 14. Mühərrik təmir desti; 15. Mühərrik yastığı; 16.Muftalar. 17. Alışqan şamları; 18. Əyləc diski: 19. Amartizatorlar; 20. Sürgü qolları; 21.Porşen üzlüyü   22. Zəncir dəsti və sair.

Qeyd olunan saxta avtomobil hissələrinin  hər birinin avtomobil istehlakçılarının (sürücülərin) həyat təhlükəsizliyinə və maddi itkilərə, ümumiyyətlə, avtomobilin tam sıradan çıxmasına özünəməxsus təsirləri vardır.

Məsələn, AİİB-in ofisində olan saxta yağ filterini tərəziyə qoyduqda orjinaldan yüngül gəlməklə bərabər, filterin daxilində olan klapanın orjinaldan fərqli olaraq hündür olması, avtomobılin xəbərdarlıq  informasiya panelinə doğru olmayan informasiyanı ötürməklə, avtomobilin mühərrikinin tam sıradan çrqliıxmasına səbəb olur. Saxta filterdə istifadə olunan təmizləyici qatların miqdarı az olduğundan filter yağı normal süzüb təmizləyə bilmir.

Daha bir misal, saxta termostatlardır. Lazımi temperatur reimində klapan uyğun funksıyanı yerinə yetirmədiyindən məlumat panelinə doğru informasıya ötürülmür, saxta şamlarda yanma rejiminin pozulması avtomobilin mühərrikinin sıradan çıxmasına, saxta əyləc yastıqları diskin sıradan çıxmasına və təhlükələrə səbəb olur və.s...

Üstəlik, Babək prospektində yerləşən “Korea avtomobil hissələri” (Köhnə adı Favorit) dükanından (0775022233;0504003450;0504003460)  alınıb, AİİB-in ofisinə gətirilmiş bu saxta hissələr-yağ filteriə - 7 azn, termostata - 20 azn ödəniş gorə verilən maliyyə sənədi də saxtadir, rəsmi kassa çeki deyildir.  Bu hal Babək pr-ti, Maşın bazarı "Avto Mall1", sira1, mərtəbə1, mağaza 26-dan (0773150901) 6 azn-ə filter  satılmış dükanda da təkrar olunur, yəni saxta ”maliyyə” sənədi verilir. Əksər saxta mal satışı yerlərində, istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta “Qaimə Fakturanı”da vermirlər, yəni iz qoymurlar! Saxta hissələrin  markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis” haloqramından istifadə olunur. Filtrlərin isə acıq tərəfi üstəlik xüsusi dizaynlı örtüklə örtülür. Saxta filtrlər, orijinaldan fərqli olaraq, nisbətən böyük, tünd rəngli karton qutuya qablaşdırılıb. Vizual olaraq termostatlarda da bu kimi fərqi hiss etmək olar.

AİİB-in araşdırmaları göstərir ki, kommersiya qurumları liberal bazar iqtisadiyyatı üçün yaradılmış mövcud şəraitdən sui-istifadə edərək, müxtəliflər ölkələrdən - Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə Respublikası, Koreya Respublikası, Rusiya Federasiyasından "Hyundai" markalı avtomobillərə məxsus  müxtəlif növdə saxta hissələri idxal edirlər.  Saxta avtomobil ehtiyat hissələri satıldığı yerlər əsasən Bakı şəhəri, Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzində, “Korea avtomobil hissələri” və həmin prospektdə yerləşən çoxsaylı mağazalardır. Ümumiyyətlə, saxta avto-hissələr ölkəmizin bütün ərazisində geniş şəbəkə ilə satılır. Bazardaki bu sahədə olan xaos haqsız rəqabət mühiti yaratmaqla, istehlakçıların hüququnun pozulması, onların aldadılması ilə müşayiət olunan keyfiyyətsiz mallarla təminatına səbəb olur.

Müşahidələr göstərir ki, yol nəqliyyat hadısəsi törəndikdə  əsasən suğorta şirkətləri də bu “fürsəti” əldən vermirlər, yəni saxta avtomobil hissələrindən yetərincə istifadə etməklə məbləği "orjinal” adıyla artırırlar.

Bununla bağlı digər problem avto-təmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunmasıdır. Digər tərəfdən, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilə bağlanılmır. Ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilmir. Xidmətdən istifadə etmiş istehlakçı ustanın səhvi üzündən hadisə törədib dünyasını dəyışsə belə, sonuncu dəfə harada hansı usta tərəfindən avtomobilin təmir edilməsinə dair heç bir fakt sübut oluna bilmir. Bunlar hamısı ciddi istehlakçı hüquqları və dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir. Araşdırma göstərir ki, təkcə “Hyundai” saxta hissələrinin mal dövriyyəsi illik təqribən 2 milyon manatdan çoxdur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin  448- maddəsində göstərilir:

- Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Tək “Hundai” avtomobil hissələrinin deyil, digər markalı avtomobil  hissələrinin saxta nüsxələri əmtəə bazarında geniş şəbəkə ilə satılır, nə ücün cərimələmir, müsadirə edilmir, dövlətin qanunlarına əməl edilmir?!

AİİB “Hyundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarını araşdıraraq Prezident Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, AR-nin Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Vergi Xidmətinə, Dövlət Təhlükəsizlik Komitəsinə və Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərmişdir. 

Eyyub Hüseynov
AİİB-in sədri





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
7
baki-xeber.com

10Mənbələr