AZ

ABŞ “qarışıq cinsi ekipaj” üçün nəzərdə tutulan ilk qayığını istismara hazırlayıb

Moderator.az xəbər verir ki, ABŞ bugünlərdə “qarışıq cinsi ekipaj” üçün nəzərdə tutulan ilk qayığını istismara verəcək. Sualtı qayıq kişi və qadın hərbçilərin “tam inteqrasiyası” üçün nəzərdə tutulub.

 

Məlumat üçün qeyd edək ki, 2010-cu ilə qədər ABŞ-da qadın hərbçilərin sualtı qayıqlarda xidmətinə qadağa qoyulub. 2010-cu ildə bu qadağanın aradan qalxması ilə həmin ildən 2023-cü ilə qədər sualtı qayıqlarda xidmətə 609 qadın hərbçi cəlb edilib.

 

Seymur ƏLİYEV

Seçilən
127
49
moderator.az

10Mənbələr