Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Sankt-Peterburqda İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşdə iki ölkə arasında təhlükəsizlik məsələləri müzakirə olunub.
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, Moskva yeni dövlətlərarası saziş üçün zəruri olan daxili prosedurları tamamlamaq üzrədir.