AZ

Tramp və Harris arasında debat keçirilib –Əsas mesajlar /FOTO

Amerika vitse-prezidenti Demokrat Kamala Harris və keçmiş dövlət başçısı Respublikaçı Donald Tramp arasında Filadelfiyada seçki debatı keçirilib.

Debat Amerika televiziya kanalları tərəfindən yayımlanıb.

Debatın əvvəlində Harris Trampın yanına gedərək onun əlini sıxıb.

Daha sonra debat başlanıb.

Kamala Harris bildirib ki, keçmiş Amerika lideri Donald Trampın prezidentliyindən sonra ABŞ-də demokratiya vətəndaş müharibəsindən (1861-1865) sonra ən pis vəziyyətdə idi.

“Donald Tramp özündən sonra Böyük Depressiyadan bəri ən pis işsizlik səviyyəsini qoyub gedib. Donald Tramp bizi bir əsrin ən pis ictimai sağlamlıq epidemiyası ilə tərk edib”, – Harris vurğulayıb.

Kamala Harris deyib ki, Donald Tramp ticarət müharibələrinin başlamasına töhfə verib.

“Trampın rəhbərliyi Amerika tarixində ən böyük ticarət kəsiri ilə nəticələndi. Ticarət müharibələrinin başlanmasına töhfə verdi. Onun rəhbərliyi dövründə ABŞ Çinə çiplər satmağa başlayıb ki, bu da Çinə ordusunu inkişaf etdirməyə və modernləşdirməyə kömək edib”, – Harris vurğulayıb.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı prezident Co Baydeni çimərlikdə çox vaxt keçirdiyinə görə tənqid edib.

“Bilirsiniz, bu mənə onların tələbə kreditlərinin verilməsini dayandıracaqlarına söz verdiklərini xatırladır, və bu tam bir fəlakətlə nəticələnmişdi. Və sonra onun müdiri, əgər ona belə adlandırmaq olarsa, bütün vaxtını çimərlikdə keçirir”, – Tramp vurğulayıb.

Donald Tramp bildirib ki, demokratlar administrasiyanın ABŞ-ni üçüncü dünya müharibəsinə aparacaq.

“Ölkəmiz həlak olur. Biz çətin vəziyyətdə olan dövlətik və bu, üç il yarım əvvəl baş verib. Bəs burada nə baş verir? Siz III Dünya Müharibəsinə girmək üzrəsiniz, sadəcə olaraq başqa mövzuya keçmək üçün”, – Tramp qeyd edib.

Trampın sözlərinə görə, Demokratlar administrasiyası milyonlarla insanın ölkəyə gəlməsinə icazə verib və bu, ciddi problemlərə gətirib çıxarıb.

 

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynadakı münaqişənin bitməsini istədiyini bildirib.
O,  teledebatda aparıcının Kiyev hakimiyyətinin münaqişədə qalib gəlməsini istəyib-istəməməsi ilə bağlı sualına cavab olaraq deyib: “Mən müharibənin bitməsini istəyirəm”.

Tramp həmçinin qeyd edib ki, hazırkı Amerika administrasiyası bu böhranın həllinə ciddi ehtiyac olmasına baxmayaraq, Ukraynadakı münaqişəni dayandırmağa “hətta cəhd etmir”.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynadakı vəziyyəti prezident olmamışdan əvvəl həll edəcəyini bildirib.

O, Rusiya lideri Vladimir Putini, eləcə də Volodimir Zelenskini yaxşı tanıdığını qeyd edib.

Eyni zamanda Tramp vurğulayıb ki, hazırkı Amerika Prezidenti Ukrayna münaqişəsinin iki ili ərzində Putinə bir dəfə də olsun zəng vurmayıb.

 

Demokratlar Partiyasından namizəd Kamala Harris seçkidəki rəqibi Donald Trampı Ukraynaya yardımdan imtina etmək istəməkdə ittiham edib.

“Trampın bu müharibəni 24 saat ərzində bitəcəyini deməsinin səbəbi, sadəcə olaraq, ondan imtina etməsidir” -deyə Harris qeyd edib.

O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə ən azı beş dəfə görüşdüyünü bildirib. Harris Rusiyanın müharibyə başlamasından bir neçə gün əvvəl Zelenskiyə ABŞ kəşfiyyatının məxfi məlumatlarını  verdiyini bildirib.

Bundan əlavə, Harris bəyan edib ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə dostluğu naminə Ukraynaya yardımdan imtina etməyə hazırdır.

Tramp Ukraynanın qələbəsinin Vaşinqton üçün faydalı olub-olmaması ilə bağlı suala cavab verməyib. Əvəzində deyib ki, hərbi əməliyyatların dayandırılması və sülh sazişinin əldə edilməsi Amerikanın maraqlarına cavab verir.

“Düşünürəm ki, bu müharibəyə son qoymaq və razılaşmanı müzakirə etmək Birləşmiş Ştatların marağındadır, çünki insan həyatının məhv edilməsini dayandırmalıyıq”.

Harris cavab olaraq bildirib ki, Tramp ABŞ prezidenti olsaydı, Ukrayna artıq uduzmuşdu. Buna görə də avropalı müttəfiqlər onun 2020-ci il seçkilərində uduzmasına sevinirlər. Onun fikrincə, Rusiya prezidenti “naharda Trampı yeyərdi”.

 

Debat zamanı hər iki namizəd ABŞ üçün vacib sayılan miqrasiya, doğum, sosial vəziyyət və s məsələlər barədə suallara cavab veriblər.

Debat başa çatıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
10
azpost.info

10Mənbələr