Moldova gələn qışda qaz və elektrik enerjisi ilə təmin olunacaq. Bu barədə ölkənin energetika naziri Viktor Parlikov TV8-ə deyib. O bildirib ki, əgər Ukrayna öz ərazisindən qaz tranziti ilə bağlı müqaviləni yeniləməsə, nəql Türkiyə üzərindən alternativ marşrutlarla həyata keçirilə bilər: “Bəli, bu nəqlin pulunu ödəməli olacaqsınız, qaz daha baha olacaq, amma qaz da olacaq, elektrik enerjisi də”.
Nazir xatırladıb ki, hazırkı razılaşmaya əsasən, qazın Moldova ilə sərhədə nəql xərclərini “Qazprom” ödəyir: “Dnestryanı bölgə qaz tədarükü üçün əvvəlki şərtləri saxlamaq istəyir. Əgər Qazprom bu əlavə nəqliyyat xərclərini “Moldovagaz” ödəməlidir deyəcəksə, o zaman xərcləri Dnestryanı bölgə ödəməli olacaq”.
Mətləb