Bakı. Trend:
Səhiyyə Nazirliyində Qazaxıstan Respubikasının ölkəmizdəkifövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşkeçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayansəhiyyə naziri Teymur Musayev Azərbaycan və qazax xalqları arasındamövcud olan tarixi və mədəni ortaqlıqların iki ölkə arasındaəlaqələrin əsasını təşkil etdiyini vurğulayıb. Nazirin sözlərinəgörə, ölkələrimizin ənənəvi dostluq və qardaşlıq münasibətləriəsrlərə söykənir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin önəminiqeyd edən Teymur Musayev bildirib: “Dövlət başçıları arasındakıdostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına vəmöhkəmlənməsinə əvəzsiz töhfə verir”.
Həmçinin, Azərbaycanla Qazaxıstan arasında səhiyyə sahəsində dəikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğuvurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibbmütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki vəelmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Eynizamanda, tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarətsahəsində Qazaxıstan təcrübəsinin ölkəmizdə tətbiqi ilə bağlı maraqifadə olunub.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdəəməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyinibildirib.
Öz növbəsində Alim Bayel dövlətlərarası əlaqələrin yüksəksəviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi vəənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Həmçinin,Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasındada maraq qeyd olunub.
Görüşdə oktyabr ayında Şuşada keçiriləcək Türk DövlətləriTəşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin IV iclasınınAzərbaycan və Qazaxıstan Səhiyyə Nazirlikləri arasında əlaqələrindərinləşməsinə verəcəyi töhfənin əhəmiyyəti vurğulanıb. Həmçinin,tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması vəqarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparılıb.