“Çin hakimiyyəti Rusiya ilə strateji əlaqələri gücləndirməyə hazırdır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi deyib.
Sankt-Peterburqda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə Çinin xarici işlər naziri qeyd edib ki, bu il Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasından 75 il keçir.
“Çin Rusiya ilə strateji əlaqələri gücləndirməyə, Çin-Rusiya strateji təhlükəsizlik məsləhətləşmə və BRİKS sammiti mexanizminin rolundan tam istifadə etməyə, Çin-Rusiya münasibətlərinin strateji mənasını daim zənginləşdirməyə hazırdır”.
Həmçinin, Ukrayna böhranını müzakirə edərək, Çinin bu məsələdə həmişə obyektiv və ədalətli mövqe tutduğunu bildirib.
Aygün,
KONKRET.az