AZ

İtkin düşən uşağın yaxınları yolu bağlayıblar

Sentyabrın 11-i səhər saatlarında aralarında gənc, yaşlı, qadın olmaqla təxminən 25 nəfərin Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun Qaragüvəndikli kəndindən keçən hissəsini bağladıqları bildirilir.Yerli sakinlərin AzadlıqRadiosuna deməsinə görə, hər iki istiqamət üzrə hərəkət bir saatadək məhdudlaşdırılıb.Etirazçıların ötən ildən itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin ailə üzvləri, qohumları və həmkəndliləri olduqları bildirilir.Bu barədə AzadlıqRadiosuna itkin düşmüş uşağın babası Atamoğlan Əliyev danışıb. Onun sözlərinə görə, aksiyaya səbəb istintaqın gedişindən narazı qalmalarıdır: "Hadisə ilə bağlı şübhələndiyimiz bəzi şəxslər var ki, onlar barədə hüquq-mühafizə orqanlarına məlumat vermişik. Lakin həmin adamlar istintaqa cəlb edilmir, barələrində araşdırma aparılmır. Ümumiyyətlə, doqquz ay ərzində aparılan istintaqın heç bir nəticə əldə etməməsindən narazıyıq".A.Əliyev onu da əlavə edib ki, aksiya dinc xarakterli olub, polis əməkdaşları onlarla danışıq apardıqdan sonra yolu açıblar: "Bizə qarşı zorakılıq edilmədi, saxlanılan olmadı".Xəbəri İmişli rayon Polis Şöbəsindən də təsdiqləyiblər.Amma istintaqla bağlı tənqidlərə hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.İmişli rayonunun Qaragüvəndikli kəndinin 2013-cü il təvəllüdlü sakini R.Xankişiyevin ötən il dekabrın 26-da itkin düşdüyü bildirilir. Faktla bağlı İmişli rayon Prokurorluğunda açılan cinayət işi üzrə istintaq hazırda Baş Prokurorluğun İstintaq İdarəsində davam etdirilir.

Seçilən
56
1
anaxeber.info

2Mənbələr