Bakıda xəstə uşaq binadan yıxılaraq ölüb.
Bakıvaxtı.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
2010-cu il təvəllüdlü S.Baxşəliyev 17-ci mərtəbədən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
S.Baxşəliyev autizmdən əziyyət çəkirmiş. Onun evdə tək olduğu, huşsuz vəziyyətdə yıxıldığı bildirilir.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./lent.az