“Sülh sazişi layihəsi rəsmi olaraq 13 maddə üzrə razılaşdırılıb”.
Bunu sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib.
“Sülh müqaviləsi layihəsinin preambulası tam razılaşdırılıb, sənədin adı tam razılaşdırılıb, daha üç maddə qismən razılaşdırılıb, razılaşdırılmayan hissələr var. Bir maddə var ki, ümumiyyətlə razılaşdırılmayıb”.
Paşinyanın sözlərinə görə, razılaşdırılan maddələr iki dövlət arasında münasibətlərin fundamental prinsiplərinə aiddir.
“Biz deyirik: gəlin sülh sazişini imzalayaq və başqa məsələlərlə bağlı müzakirələri davam etdirək”.
Lakin onun sözlərinə görə, Azərbaycan deyir: “Yox, mühüm məsələlər var ki, onlar sazişdə öz əksini tapmalıdır.
“Bizim sualımız belədir: məsələn, biz bu sənəddə mühüm məsələləri əks etdirsək, hələ də vacib məsələlər qalacaqmı, bu, faktdır ki, dünyada bütün suallara cavab verən razılaşma yoxdur”, – Paşinyan bildirib.