AZ

"Bank BTB" növbəti dəfə zərər edib, depozit portfeli 3 mln. manat azalıb

"Bank BTB" növbəti dəfə zərər edib.

Valyuta.az xəbər verir ki, bank 2024-cü ilin III rübünü 493 min manat xalis zərərlə başa vurub. Bu ötən ilin eyni dövrünə nisbətən 2 dəfə azdır. Belə ki, 2023-cü ilin eyni dövründə bank 987 min manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə bankın faiz gəlirləri 3,8 % artaraq 23,3 milyon manat, faiz xərcləri isə 0,6 % artaraq 14,2 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 4,3 milyon manata (illik müqayisədə 24% çox), qeyri-faiz xərcləri isə 9,55 milyon manata (illik müqayisədə 3,3% az) bərabər olub. Beləliklə, bank bu dövrdə 3,76 milyon manat əməliyyat mənfəəti əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.

Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0,2 % və ya 917 min manat azalaraq 369,2 milyon manata enib.

Cari ilin ilk 9 ayında "Bank BTB"nin kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 4,1% və ya 6,6 milyon manat artaraq 275,2 milyon manata çatıb.

Bu dövrdə "Bank BTB"nin cəmi öhdəlikləri 316,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,7 % və ya 5,5 milyon manat çoxdur. Bankın depozit portfeli (müştərilərin depozitləri) isə əksinə, cari ilin ilk 9 ayında 18,7 % və ya 2,9 milyon manat azalaraq 150,04 milyon manata enib.
2024-cü il oktyabr ayının 1-nə həmçinin, "Bank BTB"nin cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 9,8 % və ya 832 min manat azalaraq 51,99 milyon manata bərabər olub.


Seçilən
147
20
qaynarinfo.az

10Mənbələr