AZ

Niyazi Bayramov səyyar görüş keçirdi - Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər. 

Görüşdən əvvəl qonaqlar şəhid məzunlarının xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib.

Qəbulda şəhid ailələri, müharibə iştirakçıları və sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər müraciətlər qeydiyyata alınaraq aidiyyəti qurumlara həvalə edilib.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
qafqazinfo.az

10Mənbələr