AZ

HƏMAS atəşkəs razılaşmasının yeni şərtlərini rədd edib

HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının yeni şərtlərini rədd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, Siyasi Büro üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti Dohada Qətərin Baş naziri və Misir kəşfiyyatının rəhbəri ilə görüşüb. Görüşdə tərəflər Qəzza zolağında baş verənləri müzakirə ediblər.

“Hərəkatın ABŞ Prezidenti Co Baydenin 31 may 2024-cü il tarixli bəyanatı, Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi və 2 iyul 2024-cü ildə razılaşdırılan atəşkəs razılaşmasını heç bir yeni tələb irəli sürmədən dərhal həyata keçirməyə hazır olduğu vurğulanıb”, - HƏMAS bildirib.

Qeyd olunur ki, hərəkat tərəflərin hər hansı birindən bu razılaşma üçün istənilən yeni şərtləri rədd edir.

Seçilən
176
1
qafqazinfo.az

10Mənbələr