AZ

15 ildən çox həbsdə olan keçmiş prezident ÖLDÜ

Perunun sabiq prezidenti Alberto Fuximori 87 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun qızı Keiko Fuximori məlumat verib.

"Xərçənglə uzun sürən mübarizədən sonra atamız Alberto Fuximori indicə Tanrının yanında olmağa getdi", - deyə o öz "X" hesabında yazıb.

Qeyd edək ki, iyul ayında Keiko Fuximori korrupsiya və dissidentlərə qarşı repressiyaların təşkilinə görə cəza çəkən atasının növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlamışdı.

Ölkəyə 1990-2000-ci illərdə rəhbərlik etmiş Fuximori insan haqlarının pozulmasında təqsirli bilinərək 2009-cu ilin aprelində 25 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
176
1
milli.az

10Mənbələr