AZ

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub.

Medianews.az bizim.media-ya istinadən bildirir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Qeyd edilib ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, baş maliyyə ekspertidir. Bu vəzifəyə təyin olunmazdan öncə H.Məcidi özəl şirkətdə işləyib.

Məlumata görə, İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib.

Seçilən
180
35
medianews.az

10Mənbələr