Sentyabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara və 6 tüfəng təhvil götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniazerbaycan.com-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.