AZ

"Google" "Android" proqramlarını bloklaya biləcək

"Google" "Android" proqramlarını və oyunlarını sındırılmış versiyalar tərəfindən istifadə edilməkdən qorumağa kömək edəcək bir həll üzərində işləyir. Yeni həll istifadəçilərə ödənişli oyunlar quraşdırmaq və ödəniş etmədən striminq xidmətlərindən istifadə etmək imkanı verən "Android" platformasında geniş yayılan piratçılıqla mübarizəyə yönəlib. 

Valyuta.az xəbər verir ki, bu barədə "Android Authority" məlumat yayıb.

"Google"un rəsmi saytına görə, tərtibatçılar "Play Integrity API" adlı yeni alətə çıxış əldə edəcəklər. Bu alət istifadəçilərin cihazlarında quraşdırılmış proqramların qanuniliyini yoxlayacaq. Məsələn, "Spotify" proqramı xidmətin bütün sındırılmış versiyalarını quraşdırıldığı cihazlardan bloklayan skan edə biləcək.

Dəyişdirilmiş proqram aşkar edilərsə, istifadəçidən orijinal versiyanı əldə etmək üçün onu silmək və ya "Google Play" vasitəsilə yenidən quraşdırmaq tələb olunacaq. Əməliyyat sistemi buna icazə verməyəcəyi üçün sındırılmış proqramı əvvəlki formada işə salmaq artıq mümkün olmayacaq.

"Play Integrity API" həm "Google Play" proqramlarında, həm də üçüncü tərəf mənbələrindən quraşdırılmış proqramlarda virusları aşkarlayan "Play Protect" mühafizə sisteminə inteqrasiya olunacaq. "Google"un APK fayllarından istifadə edərək üçüncü tərəf proqramlarının quraşdırılmasını qadağan etmək planları olmasa da, şirkət tərtibatçıları onların işlərindən icazəsiz istifadədən qorumaq öhdəliyinə sadiqdir.

Paşa Məmmədli
 

Seçilən
81
13
valyuta.az

10Mənbələr