AZ

Dünyanı qlobal münaqişəyə sövq edən Bayden imiş

Senator İqor Kastyukeviç ABŞ prezidenti Co Baydeni dünyanı qlobal hərbi münaqişəyə sövq etməkdə ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Onun fikrincə, Amerika lideri Rusiyaya qarşı yeni təcavüz yolu ilə ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizədi Kəmala Harrisə dəstək verir.

“Rusiyaya uzaqmənzilli raketlərlə zərbə endirmək qərarını dəstəkləyən ölkələr münaqişədə birbaşa ortaq olacaqlar”, - deyə Kastyukeviç qeyd edib.

Senator həmçinin deyib ki, ABŞ və Avropa vətəndaşlarının əksəriyyəti, son rəy sorğularına görə, Ukraynaya əlavə yardımın əleyhinədir.

Seçilən
81
publika.az

1Mənbələr