AZ

Bu avtomobillərə maraq artır - İnsanlar nəyə diqqət edir?

Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə görə, Azərbaycana 8 ildə 6 mindən çox elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib. Ölkəyə elektrikli nəqliyyat vasitələrinin idxalı 2017-ci ildə 88 ədəd, 2018-ci ildə 101 ədəd, 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd, 2022-ci ildə 486 ədəd, 2023-cü ildə 3 102 ədəd təşkil edib.

 Bu statistik göstəricilər ölkədə elektrik mühərrikli maşınlara marağın artdığını göstərir. 

Bəs bunun səbəbi nədir? İnsanlar hazırda bu avtomobilə niyə üstünlük verir?

Valyuta.az-a mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, insanların bu avtomobillərə maraq göstərməsinin müxtəlif səbəbləri var:

“Bu gün nəqliyyatın əsas hissəsini ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələri təşkil edir. Benzin, dizel və digər ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələri insanlar üçün hazırda əlçatan deyil. Ona görə də insanlar daha ucuz yanacaq növü işlədən nəqliyyat almağa çalışırlar. Ona görə də elektromobillər və elektrik mühərrikli avtomobillərə maraq artıb”. 

Aslan Əsədov bildirib ki, dövlətin bu sahəyə dəstəyi var:

“Belə ki, ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15% idxal gömrük rüsumu 0%-ə endirilib. Bu da həmin avtomobillərin qiymətlərinə təsir göstərir”.

Davud

Seçilən
137
26
valyuta.az

10Mənbələr