AZ

"Arsenal" Arteta ilə müqaviləni uzadıb

İspaniyalı baş məşqçi Mikel Arteta “Arsenal”la müqaviləsini uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında yeni müqavilə 2027-ci ilə qədər qüvvədədir.

Xatırladaq ki, ispaniyalı mütəxəssis 2019-cu ildən ingilis klubuna rəhbərlik edir. Bundan əvvəl o, "Mançester Siti"də Pep Qvardiolanın məşqçilər korpusunun bir hissəsi olub.

Arsenal 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir. Komanda üç görüşdən yeddi xal toplayıb. “Mançester Siti” 9 xalla birinci yerdədir. Növbəti turda “Arsenal” “Tottenhem”lə qarşılaşacaq. İngiltərə çempionatında 4-cü turun oyunu bazar günü, sentyabrın 15-də Londonda keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 17:00-da olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
90deqiqe.az

1Mənbələr