AZ

Baydendən Trampa jest

ABŞ Prezidenti Co Bayden 11 sentyabr 2001-ci il hücumlarının 23-cü ildönümündə amerikalılarla görüşdüyü tədbirdə "Tramp 2024" yazılmış papaq taxıb.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Bayden 11 sentyabr 2001-ci il hücumlarını anmaq üçün Pensilvaniya ştatındakı Şenksvill Yanğın Stansiyasında amerikalılarla görüşüb.

Mətbuata qapalı keçirilən tədbirdə Baydenin ABŞ-nin keçmiş prezidenti və prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləyən şəxslə danışması və daha sonra bu şəxsin başındakı “Tramp 2024” yazılmış papağını götürərək taxması kameralara düşüb.

Sosial mediada paylaşıldıqdan sonra sürətlə yayılan görüntülər Respublikaçılar Partiyası tərəfdarları arasında trend mövzusuna çevrilib.

Partiyanın seçki kampaniyasının "X" sosial media hesabında Baydenin papaqdakı fotosu “Dəstək üçün təşəkkürlər, Co!” başlığı ilə yerləşdirilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
cebheinfo.az

10Mənbələr