AZ

Daşkənddə Türkiyə və Özbəkistanın güc strukturları rəhbərləri görüşüb

Özbəkistanın paytaxtı Daşkənddə Türkiyə və Özbəkistanın xarici işlər naziri, daxili işlər naziri və Milli Kəşfiyyat Təşkilatlarının rəhbərlərinin görüşü baş tutub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, bu formatda ilk dəfə keçirilən görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan əlavə, regional məsələlərlə yanaşı, terrorizm və ekstremizm, qeyri-qanuni miqrasiya və qaçaqmalçılıq kimi problemlərlə mübarizənin ümumi yolları müzakirə edilib.

“Görüş nəticəsində iki ölkə arasında konkret əməkdaşlığın institusionallaşdırılmasını və sistemli şəkildə davam etdirilməsini təmin edəcək yol xəritəsi ilə bağlı razılıq əldə olunub və sözügedən mətn iştirakçılar tərəfindən imzalanıb”, - deyə XİN-dən bildirilib.

Seçilən
86
1
apa.az

2Mənbələr